Dünya

ABŞ-da 1 milyondan çox insan COVID-19-dan ölüb

ABŞ-da 1 milyondan çox insan COVID-19-dan ölüb ABŞ-da 1 milyondan çox insan koronavirusun yaratdığı xəstəliyin nəticələrindən dünyasını dəyişib.
Bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan ABŞ-ın Cons Hopkins Universitetindən bildiriblər.
Məlumata əsasən, ölkədə COVID-19-dan ölənlərin sayı 1 000 004 nəfər olub.
ABŞ prezidenti Co Bayden ötən həftə ölkədə koronavirusun nəticələrindən ölənlərin sayının 1 milyon nəfəri keçdiyini bildirib.