Kanadanın yeni hökumətinin tərkibi bu tarixdə açıqlanacaq
Kanadanın Baş naziri Castin Trüdo oktyabrın 25 -də ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.
Bu barədə CBC kanalı məlumat yayıb.
Məlumata görə, hökumətdə yeni simalar təmsil olunacaq və keçmiş departament rəhbərlərindən bəziləri kabineti tərk edə bilər.
Müdafiə naziri vəzifəsi bu dəfə qadına həvalə olunacaq. Belə ki, Baş nazir kabinet üzvlərinin təyin olunmasında gender bərabərliyini təmin etmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.