“Selçuk Bayraktarın hesabına biz dünyaya yeni müharibə texnologiyası başa sala bildik...”
“Təbii ki, Selçuk bəyi doğum münasibətilə təbrik edirik. O, bizim türkümüzdür. Məhz bir alim, mühəndis, ixtiraçı olaraq texnoloji nöqteyi-nəzərdən çox güclü bilikləri olan şəxs kimi ona təşəkkürlər düşür”
Bunu Oxu.az-a açıqlamasında telejurnalist İlqar Mikayıloğlu deyib. O, Selçuk Bayraktarı təbrik etməklə yanaşı, Vətən müharibəsindəki rolundan da danışıb:
“Nəzərə almaq lazımdır ki, məhz 44 günlük Vətən müharibəsində Selçuk Bayraktar texnologiyası da bizə heç də az kömək etmədi. Əksinə Selçuk Bayraktarın hesabına biz dünyaya yeni müharibə texnologiyası başa sala bildik. Elə adamlar var ki, onların çox yaşaması millət olaraq bizə sərf edir və Selçuk Bayraktar da o şəxslərdən biridir. O cür şəxsləri görəndə tanıyıb-tanımamaqdan asılı olmayaraq ayağa qalxmaq lazımdır”.
İ.Mikayıloğlu bu gün bir çox gənclərimizin Selçuk bəyi tanıdıqdan sonra informasiya texnologiyaları sahəsinə maraq göstərdiyini bildirib:
“Onun belə texnologiyalarla işləməsi məndə çox böyük maraq oyadır. Bununla yanaşı, məhz Selçuk Bayraktara görə informasiya texnologiyaları fakültəsinə qəbul oldu ki, belə işlər də var. O vaxt Yuri Qaqarin var idi, hamı kosmonavt olmaq istəyirdi. İndi də gənclərimiz Selçuk Bayraktara baxıb informasiya texnologiyaları sahələrinə maraq göstərirlər. O, adamın bizə eyni zamanda, elm sahəsində də böyük köməyi oldu”.
Vasif Əlihüseyn