Ana səhifə   |    Haqqımızda   |    Reklam

Bu rayonlara istilik verildi

Bölgə
1 Kas 2023
11:32
Bu rayonlara istilik verildi

Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

"Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub", - deyə o qeyd edib