Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Tenderi ləğv edildi - SƏBƏB
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "Müəssisədə cari təmir işləri" ilğ bağlı elam etdiyi tender ləğv edilib.
Buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv etmə mətnində qeyd iddiaçıların sənədlərində çatışmazlıqlar düzəliş üçün geri göndərilsədə Qanunun 28.4 maddəsində qeyd olunduğu kimi tender prosedurunun başlanmasına azı 3 bank günü qalanadək təqdim etməmələri qeyd olunub.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Xatırladaq ki, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinin direktoru İsmayılov İlkin Yusub oğludur.32gun.az