Bölgə

Binəqədi rayon “Gənclər Şəhərciyi”ndə qanunsuz CÜCƏ KƏSİMİ... - Yaxşı bəs, AQTA HARA BAXIR?

Binəqədi rayon “Gənclər Şəhərciyi”ndə qanunsuz CÜCƏ KƏSİMİ... - Yaxşı bəs, AQTA HARA BAXIR?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi və bu növ məhsulların təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Lakin bəzi hallarda ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən sui-istifadə edilməklə qida təhlükəsizliyi qaydalarının pozulması hallarına yol verilir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri görülməkdədir.
Amma və lakin biz çox hallarda ölkədə sahibkarlara yaradılmış münbüt şəraitdən sui-istifadə edən işbazlarda olur. Kİ, onlar da bu əlverişli şəraitdən yararlanaraq özlərini cəmiyyətə “sahibkar iş adamı” kimi təqdim etməklə, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə kölgə salır, “fəaliyyətlərində” daha çox insanların həyat və sağlamlığını təhlükə altına alırlar.
Bu günlərdə əldə etdiyimiz məlumatlarda bildirilir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan, insanların həyat və sağlamlığının qəsdinə duran şəxslərdən biri də Qərib Qarayev adlı şəxsdir. O, Binəqədi rayon, “Gənclər şəhərciyi”nin yaxınlığında avtoyuma məntəqələrinin arxasında yerləşən tikilidə profil üzrə xüsusi avadanlıqla təchiz edilməyən qanunsuz kəsim sexinin sahibidir. Qərib Qarayevin işlətdiyi həmin sexdə normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verməyən şəraitdə toyuqların kəsimi, “təmizlənməsi” həyata keçirilir ki, bu da insanların həyat və sağlamlığını risk altına qoyur.
Məlumatlara görə, Q. Qarayev Binəqədi rayon “Gənclər şəhərciyi”ndə cücə kəsim ndə mənşəyi məlum olmayan toyuqları alır, onların kəsimini və “təmizlənməsini” təşkil edir.
RealMedia.az-ın bu xüsusda əldə etdiyi etdiyi məlumatlarda vurğulanır ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məğul olan Qərib Qarayev Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən “Abşeron Broyler” quşçuluq müəssisəsinin inkubatorçusu İlkin adlı şəxslə heç bir müqavilə bağlamadan inkubatoru icarəyə götürüb. Məlumat üçün qeyd edək ki, burada inkubator yolu ilə sort toyuq cücələri (serebrist) yetişdirilir və satılır. Və hacı olduğunu deməsinə baxmayaraq ağzı söyüşlə açılan Qərib Qarayev mala haram qatır, necə: Yumurtadan çıxmış cücələri rayonlardan müştərilər sifariş verib alır, özləri bəsləyib satmağı hədəfləyirlər. Qərib Qarayev isə onlara gümüşü toyuğun deyil, kənd toyuqlarının yumurtalarından çıxmış cücələri verir. Bu cücələr isə serebristlərlə müqayisədə cır olurlar və bəslənildikdə gözlənilən çəkini vermir, çox vaxt da tələf olurlar. Qərib Qarayev qarşıya çıxa biləcək mümkün mübahisələrdə uduzmağı önləmək üçün müştərilərdən pulu qabaqcadan alır, yarısını sifariş qəbul edəndə, yarısını isə cücələri təhvil verəndə. Cücələrin sonrakı aqibəti isə onu maraqlandırmır. Əlbəttə ki, bundan sonra müştəriyə cücələri istədiyi çəkini əldə etməsi üçün azından 45 gün vaxt lazımdır. Belə olan halda da müştəri 45 gün ərzində cücələrin qayğısını çəkməli, onları yemləməlidir ki, istədiyi çəkini ala bilsin. Əgər müştərinin Qərib Qarayevdən sifariş verib aldığı cücələrin yumurtası sort deyilsə, başqa cır sortdursa, deməli müştərinin çəkdiyi xərc və əziyyətdə heyif olur. Ən vacib məsələ isə müştəri çəkdiyi xərci belə götürə bilmir.
İndi gəlin görək, Qərib Qarayev müştərilərin başına hansı oyunları gətirir…
Yuxarıdada qeyd etdiyimiz kimi, “hacı” Qərib müştəriləri aldadaraq onlara gümüşü toyuğun deyil, kənd toyuqlarının yumurtalarından çıxmış cücələri verir. Bu cücələr isə serebristlərlə müqayisədə cır olurlar və bəslənildikdə gözlənilən çəkini vermir, çox vaxt da tələf olurlar.
Bundan sonra görün “hacı” Qərib neyləyir…
Qərib Qarayev müştəriləri aldadaraq sort cücə (serebrist)adı ilə satdığı cücələri 45 gündən sonra, müştərilərdən ucuz qiymətə geri alır. Binəqədi rayon, “Gənclər şəhərciyi”nin yaxınlığında icarəyə götürdüyü avtoyuma məntəqələrinin arxasında yerləşən qanunsuz kəsim sexində kəsir, “təmizləyir” marketlərə satır.

RealMedia.az-ın redaksiyasına müraciət edən Beyləqan rayon sakini Məmmədov Cavid Sahib oğlu belə bir problemlərlə üzləşdiyini deyir. O, bildirir ki, sözügedən sexdən birini 65 qəpikdən 8600 ədəd cücə götürüb və ümumilikdə 5590 (beş min beş yüz doxsan) manat pul ödəyib. Sonra da cücələri bəsləməyə – yemə və dərmana xeyli pul xərcləyib. Hal-hazırda 80 günlük olan cücələrdən sağ qalanları arzuolunan çəkidən xeyli yüngüldür deyə satılmır. Cavid Məmmədov deyir ki, onun kimi aladadılan başqa adamlar da var. Sexə gedib irad bildirən, cücələri geri qaytarmaq istəyən müştərilərin qarşısına isə işçilər sırasından Amalya adlı qadını qabağa verirlər. O isə şər-böhtan dili ilə danışır, sonra da polis çağırırlar. Qərib Qarayev ən yaxşı halda satdığı cücələri çox ucuz qiymətə geri alaraq kəsib marketlərə satır.
Həmçinin bildirilir ki, sözügedən sexdə əmək müqaviləsi bağlanılmadan, qeyri-leqal cəlb olunan işçilər var. Toyuqların kəsimi antisanitariya şəraitində həyata keçirilir. Sexin özünün demək olar xəlvət yerdə yerləşməsi onun sahibinin heç də nümunəvi vergi ödəyicisi olmadığını və qanunsuz sahibkarlıq vəaliyyəti ilə məşğul olmasının göstəricisidir.
Hesab edirik ki, Qida Təhlükəsizliyi Agentliyi ən təcili şəkildə Qərib Qarayevin işlətdiyi emal sexində yoxlama aparmalı, qanunsuzluq hallarını tam və hərtərəfli araşdırmalı, sexdəki serebris toyuq, broyler toyuq və toyuq içalatında ümumi mikrob sayının normativ tələblərlə müəyyən edilmiş məqbul səviyyəyə uyğun olub-olmadığını, həmçinin patogen mikroorqanizmlərin, bağırsaq çöpü qrupu bakteriyalarının olub-olmadığını müəyyənləşdirməlidir.
Hüquq-mühafizə orqanları qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirməlidir.
RealMedia.az