Yardımlının Mahir Mirzəyev "bəlası" - Tenderləri dalbadal udur...
"Yardımlı rayonunda 2023-cü ilin Dövlət büdcsindən ayrılan 850000 manatlıq Tender yeyintisi var". Bu iddia DİA.AZ-a göndərilən müraciətdə deyilir.
DİA.AZ-a yazan müraciət müəllifləri daha sonra bildirir: "Bunun bir adı var: Yardımlı rayonunda tender oyunu... Yardımlı rayon İcra Hakimiyəti Başçısının sabiq müavini Mahir Mirzəyev işdən çıxsa da, yenidən Yardımlı rayon büdcəsinə əli uzanır. Belə ki Yardımlı rayonunda 2023-cü il üçün elan edilmiş 2 tenderin nəticələrinə görə, (biri 755 min manatlıq - Yardımlı rayonunda yolların təmiri məqsədilə, digəri isə 50 min manatlıq - Yardımlı rayonunda abadlıq işləri ilə bağlı elan edilmiş müsabiqələr) Mahir Mirzəyevin müəsissəsinin adı qalib kimi göstərilib. Və bu da o deməkdir ki, Yardımlı rayonunda əvvəlki özbaşınalıq qanunsuzluğu Mahir Mirzəyev davam etdirir, heç nə dəyişməyib.
DİA.AZ vasitəsilə aidiyyatı qurumlardan xahiş ediirk ki, Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş bu müsabiqələr ciddi araşdırılsın. 755 min və 50 min manatların hara getdiyi müəyyən olunsun. Bu pullarla Yardımlı rayonunda çox çiddi işlər görmək olar..."
İddia olunanlarla bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq..