Bölgə

Qəbələdə DYP maşın OĞURLAYIR? - GİLEY

Qəbələdə DYP maşın OĞURLAYIR? - GİLEY


Oğuz şəhəri, H.Əliyev pros. Ev 16 da yaşayan Xalid Seyidov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident! Avqustun 4-də mən şəxsi VAZ 2101 markalı, 48BF288 nömrəli avtomobilimlə işimlə bağlı Qəbələ şəhərinə gəlib «şosse yolun sağ kənarında saxlayaraq təcili olaraq taksilə Bakıya getmişəm.

Fürsətdən istifadə edən Qəbələ rayon DYP əməkdaşı İmaməddin adlı yol polisi mənim avtomobilimi heç bir cəriməsi olmadığı halda Qəbələyə gəlmiş yeni polis rəisinin göstərişi adı altında evakuatora mindirərək Qəbələ RPŞ-nin həyətinə gətirmişdir.

Avtomobilimə soxularaq qanunsuz yoxlamalar aparıb bir neçə şəxsi əşyamı götürmüşlər. Özbaşnalıq etmişlər. Mən bu gün təcili olaraq dövlət işimi yarımçıq qoyaraq Qəbələyə qayıtdım. DYP-da heç kim mənə rəsmi cavab vermək istəmir. Hamı bir birinin üstünə atır. Bircə deyirlər ki, bu bizlik deyil. Rəislikdir. O gələr hər şeyi həll edər. Bu arada məlumat verdilər ki, yol polisi İmamaədin sizin avtomobili özü üstündə durub şöbəyə gətizdirib. Bu həmin İmamədindir ki, vaxtilə Oğuz DYP da işlərkən mənimlə şəxsi ədavəti olmuşdur. Və bü gün fürsətdən istifadə edir.

Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Heç bir sübut təqdim etmədən kefləri istəyən sürücünü belə formal cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb.

Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, Qəbələ DYP əməkdaşlarının əsassız planlarının və oyunbazlığının, qanusuz hərəkətlərinin dərhal qarşısının alınması və DYP əməkdaşlarının sübutları təqdim edə bilmədikləri halda cəzalandırılmalarını xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...