Bölgə

Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT

Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq sərəncamı ilə Nihad Rəsul oğlu Məhəmmədzadə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Nihad Məhəmmədzadə bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Təşkilat-analitik və preventiv tədbirlər idarəsinin rəis müavini vəzifəsində işləyib.