Bölgə

Muxtar Babayev Gədəbəyə getdi

Muxtar Babayev Gədəbəyə getdi


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gədəbəyə gedib.

Xeberler.org REAL TV-yə istinadən xəbər verir ki, Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri olan Muxtar Babayev və Komissiya üzvləri kənd sakinləri ilə görüş keçirəcək.

“Komissiya üzvləri ilə birlikdə görüş və iclas keçiriləcək. Daha sonra əraziyə gedib vəziyyətlə tanış olacağıq. Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və təkliflər hazırlayacaq”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.