ADAU ilə bağlı yeni iddialar... - Prezident bu ali təhsil ocağına NİYƏ BAŞ ÇƏKMİR?
Azərbaycan Dövlət Aqrar Universitetində cərəyan edən qanun pozuntuları ilə bağlı DİA.AZ-a yeni məlumatlar göndərilib.
Bu barədə açıqlanan faktlarda deyilir:
"Aqrar təhsil ocağını Zəfər Qurbanov rektor əvəzi təyinatından sonra həm haqsızlıq geniş vüsət aldı, həm də yeni rektor əvəzinin tədrisi məhv etməsilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurdu. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərov etdi ki, onun rektorluq dönəmində Prezident İlham Əliyev üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə tanış olmuşdur.
İllərdir universitetin inkişafına əziyyət çəkən professor-müəllim heyətinin həm də Ölkə başçımız Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğını heçə sayaraq Aqrar Universiteti adını maddi cəhət qoyaraq belə məhv edir. Tələbələrin ixtisasını daha yaxşı öyrənməsi üçün yaradılan təcrübə üçün fermaların heyvanlarını sataraq məhv edən Zəfər Qurbanov nəyə görə anlamır ki, bununla da ixtisaslı kadır potensialını məhv etdi.
Universitetdə fermaların və heyvanların sataraq ləğv etməyin ixtisaslı tələbənin yetişməsində maneə yaradacaq dedikdə Zəfər Qurbanov universitetin maddi imkanı fermada iri buynuzlu və xırda buynuzlu heyvanların saxlamasına imkanı yoxdur ona görə də heyvanların hamısın sataraq ferma təsərrüfatını Zəfər Qurbanov dayandırdı...."
Əlavə bilgilərimiz olacaq...
İddia olunanlarla bağlı Yenisoz.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...