Bölgə

Gəncədən daha bir yardım karvanı Türkiyəyə yola salınıb - FOTO

Gəncədən daha bir yardım karvanı Türkiyəyə yola salınıb - FOTO


Türkiyədə zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardımlar Gəncə şəhərindən 7 TIR tipli yük maşını ilə yola salınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti humanitar yardım karvanı qardaş ölkəyə yola düşüb.

Avtomobil yükləri Neftçala, Səlyan, Saatlı, Hacıqabul, Masallı, Qusar, Ağsu, Şamaxı, İsmayıllı, Qobustan, Siyəzən, Xızı, Şabran, rayonlarından gətirilən yardımlardır.

Ümumilikdə 70 695 kiloqram olan yardım Gəncədə xüsusi olaraq ayrılmış TIR tipli yük maşınlarına yüklənib.

Göndərilən ləvazimatlar isə əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.

Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatırılmsı üçün dayanmadan hərəkət edəcək.

Gəncədən daha bir yardım karvanı Türkiyəyə yola salınıb - FOTO