Bölgə

Gədəbəydə icra başçısının şagird tapmadığı məktəbdə araşdırma başladı

Gədəbəydə icra başçısının şagird tapmadığı məktəbdə araşdırma başladı


Ötən gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov məktəblərdə şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub.

Arıqıran kənd tam orta məktəbində 1-ci növbənin dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə direktor və müəllimlərin əksəriyyəti olmayıb.

Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb.

Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir.

Məsələ barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən Korrupsiya.com-a bildirilib ki, sözügedən məktəbdə şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalar aparılır:

“Məktəb direktorunun izahatı alınıb. Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı məlumat veriləcək”.