Şantajçı direktorun hekayəlik əməlləri —FAKTLAR NƏLƏRİ DEMİR?!
Azərbaycanın ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti ilə bağlı aparılan araşdırmaların, mütəxəssis açıqlamalarının nəticələri təəssüf doğurur. Konkret onu demək olur ki, ölkənin 4430 orta ümumtəhsil məktəbinin çoxundakı məlum nöqsan və çatışmazlıqlar, eyni zamanda, şagird nəticələrində müşahidə edilən geriləmələr, üstəlik, idarəçilikdə yaranan xaotik durum təhsil sisteminin yenilənməsi qarşısında ciddi əngələ çevrilib. Elə, bu günlərdə birdən-birə 64 məktəb direktorunun işdən çıxarılmasını da, buna bağlayanlar çox olur. Əsasən onu deyirlər ki, ölkənin orta məktəblərinin idarə olunmasında şəffaflıq təmin edilməlidir. Bu səbəbdən, direktorların dəyişilməsi zərurətə çevrilib. Təhsil prosesi əsasən direktorların və onların ətrafındakıların əllərində cəmləşdiyinə görə, həmin şəxslərin şəffaf və obyektiv olmaları təmin edilməlidir.
Yenixeber.org: Əməlləri xoşagəlməz direktorlardan biri də, indi barəsində danışacağımız Astara şəhərindəki F. Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru
Ülviyyə Bayramovadır. Bu yazı qəhrəmanımızın barəsində danışılanlar bir daha: “Dünya düzələn deyil!”, — deyir: “Hər şey olduğu kimi qalacaq, hər kəs istədiyini edəcək”.
Ülviyyə Bayramova istədiyini edənlərdəndir. Qadın olsa da, onu yaxşı yöndən qələmə verən yoxdur. Rəhbər kürsüsünə əyləşəndən isə, onu pis yöndən xarakterizə edənlər lap çoxdur. Elə, barəsində çox şey danışıldığı üçün də, bu yazı qələmə alınıb.
Keçək əsas mətləbə: Bu direktor istədiyini etməkdən çəkinmədiyi üçün, işçisini pis görüntülər hesabına şantaja məruz qoymaqla, onu “ram edə bilib”. Fakt budur ki, buna görə də, xətrinə dəyən tapılmayıb. Baxın, ölkədə hətta getdikcə çoxalan bıçaqlanma hadisələrinin günahkarları — bıçaqlayanlar mövcud qanunlarımızın tələblərinə uyğun cəzalarını alırlar. Həbsə atılaraq, layiq olduqları mənəvi-psixoloji gərginlik və sıxıntılarla üz-üzə qalır, belə bir sarsıntılar məngənəsində etdiklərinə görə peşimançılıqlarını çəkirlər. Lakin ölümdən betər şantaj əməlləri törədənlər üçün, peşimançılıq anlamı hələ də başa düşülən deyil. Eynən, heç bir ciddi səbəb olmadan işçisinə şər-böhran damğası vurmaqla, onu işindən atan bu direktor kimi. Ən ağrılısı budur ki, törətdiyi bu və bu kimi digər bəd əməlləri mövcud qanunlar çərçivəsində alması mütləq hüquqi qiymət anlamını uzun zamandır gözlədə bilir.
Nə yaxşı ki, ortada heç olmasa ictimai qınaq anlamı qalır — Ülviyyə Bayramova firon direktor kimi özünü tanıtsa da, həyata keçirə bildiyi şantaj əməllərinə görə, layiq olduğu belə bir qınağa tuş gəlib. Konkret desək, ictimaiyyət tərəfindən təsirli qiymətini alandan və kəskin haqlı qınaqlarla üz-üzə qalandan bəri, o, tam olaraq “arzuolunmaz fiqura” çevrilib. Məhz ona görə ki, 6 il öncə “zavuç” olarkən gənc alimimiz, məktəbin psixoloqu, hamının Yunis Dürüst kimi yaxşı tanıdığı ictimai fəal Daşqın Əliyevə qarşı barışmaz bir mövqe nümayiş etdirib. Psixoloq-alimin bu barədə İnstaqram səhifəsində yazdığı statusu oxuyandan sonra, bir daha anlayırsan ki, sən demə, həyat başlı-başına, boşuna deyilmiş. Doğrudan da, hər şeyin kökündə bir hikmət durur.
Elə, buna görə də, heç bir şərhə ehtiyac duymayan həmin statusu diqqətinizə çatdırırıq:
“İbrət yönlü hekayə: “Zavuç” necə rəzil oldu?!
İndi ölkə gündəmini zəbt edən bir məktəb var — bir vaxtlar mən də işləmişəm burada. O vaxtlar Astara şəhərindəki 6 saylı bu tam orta məktəbdə “zavuç” vəzifəsini bir qadın tutmuşdu. Direktordan fərqli şəkildə aqressiv hərəkətlər etməkdən sanki ruh alırdı. Məni işimdən uzaqlaşdırmaq üçün, əleyhimə, birbaşa yox, dolayı üsul və yollarla nələr etmirdi?! Sanki etdiklərindən rahatlıq tapırdı. O, bir mənə qarşı belə deyildi, gözü götürmədiyi çoxlarını belə iyrənc metodlarla gözümçıxdıya salır, başlarına oyun açırdı. Üstünlük verdiyi belə bir qapalı fəaliyyət metodu açıq-aşkar izini də buraxmırdı.
Lakin bir dəfə özünü saxlaya bilmədi və mənə qarşı inanılmaz və gülməli bir ittihamda bulundu: “Bu nədir, sizin dərsinizdə uşaqlar bezdirici səs-küy salırlar!”. Özü də, bunu, kolektiv içində deyirdi! Deyəcəksiniz ki, desin də, burda nə var ki?! Axı, belə deyildi, kənardan onun dediyi sözlər, bəlkə də adi görünə bilər. Lakin onu qeyd edim ki, onun dedikləri açıq-aşkar böhtan idi. Şantaja olmayan belə bir “faktla” əl atmaq istəyirdi. Hamı isə yaxşı bilirdi ki, mən müəllim yox, psixoloq idim. Psixoloq isə, məktəbdə dərs demir, axı!
Düzdür, bəzən mən “zavuçun” heç nəyi veclərinə almayan sevimli müəllim yaxınlarının yerinə dərsə girib, onları əvəz edirdim. Özü də, heç bir təmanna güdmədən, sırf məktəbin nizam-intizamı pozulmasın və uşaqlar koridora tökülüşməsinlər deyə, bunu edirdim. Yəni “zavuçun” və müəllimlərin yükünü belimdə daşıyırdım. Bax, əvəzində aldığım təşəkkür də bu oldu: “Dərsinizdə uşaqlar səs salırlar, səs-küyləri başqa siniflərə geçir, onlara rahatlıq vermirsən!”.
Özüm bu qadına çox layiqli və dramatik motivli bir cavab verə, onu pis duruma sala bilərdim. Lakin özümü saxlaya, necə deyərlər, əsəbimi boğaraq, cilovlaya bildim. Ürəyimdə dedim: “Ulu Tanrım böyükdür, hər şeyi görəndir! Qoy, sənə cavabı Böyük Allahım versin!”.
Doğrudan da, Uca Yaradan hər şeyi görəndir! Çox keçmədən, “zavuç” qadın, direktorla birləşib, məni, “pis maddəylə” işdən çıxarmaqla, istəyini reallaşdıra, az sonra vəzifəsindən qovulan direktorun yerinə keçə, düz 5 il bu məktəbdə maraqlı tryuklar və inanılmaz şoular göstərə bilsə də, etdikləri başına bəlaya çevrildi.
İndi bir günün içində rəzil olub. İstəyinə çatmaq üçün yalandan mənə: “Uşaqlar sənin dərsində səs salır!” — deyən Ülviyyə Bayramovanın törətdiyi bəd əməllər elə bir səs çıxarıb ki, əks-sədası bütün Azərbaycana yayılıb. Çox çəkməz, direktorun qarşısındakı bu qorxu tandeminin rezonansı bu yaxınlarda hamıya məlum olar!..”.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az
REDAKSİYADAN:
Qeyd edək ki, təhsildə rüsvayçılıq məkanları əsasən orta məktəblərdir. Onlardan biri Saray qəsəbəsində yerləşən Azim Müzəffərov adına 2 saylı tam orta məktəbdir. Bu məktəbdə yaranan anarxiyaya, xoşagəlməz idarəetməyə Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri də göz yumurlar. Məhz buna görədir ki, məktəb direktoru Səkinə Abbasova istədiyini etməkdən çəkinmir — eynən, Ülviyyə Bayramova kimi! Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeşron – Xızı Regional Təhsil İdarəsinin Abşeron – Xızı rayonları üzrə sektor müdiri Sənan Xəlilov da ona yaxınlıq edirlər deyə, direktor qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunmur. Deyilənlər barədə geniş araşdırma yazımızı bu yaxınlarda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.