Araşdırma

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO


Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü bir ay öncə - fevralın 25-də başa çatıb. Ancaq hələ də müxtəlif restoranların menyularında quş ətindən olan yeməklərə rast gəlinir. Hətta menyuya salınan quşlardan bəziləri nəsli kəsilməkdə olan quş növləridir. Bəs qadağan olunmasına baxmayaraq bu quşlar necə ovlanır?

Xezerxeber.az-ın məlumatına görə, müxtəlif növ çöl quşlarından kabab təklif edən restoranlar var.

Hətta restoran sahibi kəklik, qırqovul, bildirçin, bəzgək quşlarının şəklini də menyuya əlavə edərək çöl quşlarından təndirdə plov təklif edir.

Həmin restoranlardan birinə “Ov mövsümü bitib, bu quşlar haradan gəlir?” sualını verdik və özünəməxsus cavab verildi.

Görünən odur ki, hazırda ölkəmizdə qaz, ördək, qaşqaldaq və bildirçin üçün ov mövsümü bitsə də, bu quşların ovlanması hələ də davam edir. Çöl quşlarının ovu ilə məşğul olan şəxslərdən birinin “Youtube” səhifəsində ən son ov videosu 2 gün öncə paylaşılıb.

Bu isə o deməkdir ki, quş ovlamaq istəyənlər üçün fərqi yoxdur. Onlar istənilən vaxt istənilən ova çıxa bilirlər.

Uzun illərdir bu sahədə tədqiqat aparan biologiya üzrə fəlsəfə doktoru ornitoloq Elçin Sultanov deyir ki, əsasən yeyilən quşlar ördəklər və toyuqkimilərdir. Onların da 8 növündən sadəcə birinin - kəkliyin ov icazəsi var.

Ornitoloqun sözlərinə görə, bu məsələni tam şəkildə tənzimləmək mümkün deyil.

Elçin Sultanov hesab edir ki, çöl quşlarının özəl təsərrüfatlarda saxlayıb artırmaq istəyənlər çox azdır. Bu səbəbdən mədəni ov ölkədə yox dərəcəsindədir.

Qeyd edək ki, ov mövsümü bitdikdən sonra quş və heyvan növlərinin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağandır. “Qırmızı kitab”a düşən nadir və nəsli kəsilməkdə olan heyvanların ovlanmasına görə isə qanunla müəyyən edilmiş qaydada cərimələr nəzərdə tutulub.

Ətraflı süjetdə: