Araşdırma

“İcra başçısı və Reyestr Xidməti torpağımı saxta sənədlə ələ keçirdilər” - Prezidentə müraciət olundu

“İcra başçısı və Reyestr Xidməti torpağımı saxta sənədlə ələ keçirdilər” - Prezidentə müraciət olundu


Bərdə rayonu, Bahadır Hacıyev küçəsi, ev 16-da yaşayan Hüseynov Natiq Şahməmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, DTX sədri Əli Nağıyevə və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, Bərdə səhər XDS İcraiyyə Komitəsinin 16.06.1986-ci il tarixli, 9 saylı sərəncamı, Bərdə Rayon İcra Hakimiyyəti 07.05.1998-ci il tarixli 20 saylı çıxarışı ilə Ağdam-Bərdə rayonlararası “avtotexxidmət” stansiyası üçün ayrılmış torpaq sahəsində öz şəxsi vəsaitim hesabına tikili tikməyim barədə razılıq verilmişdir. Hətta 14.7 ha torpaq sahəsi mənim adıma keçirilmişdir.

1998-ci ildə mülkiyyətim dövlət qeydiyyatına alınıb, texniki pasport almişam və obyekt tikdirmişəm. Lakin mənə məlum olmayan səbəbdən Bərdə rayon 7 saylı Dövlət Reyestr Xidməti ilə icra başçısı Vidadi İsayev qanunsuz olaraq mənə məxsus torpağa ikinci saxta sənəd verərək, satıblar.

Məhkəmələr icra başçısının təsir və təzyiqi ilə mənim sənədlərimi görməzdən gəldi. Belə ki, sifarişlə cəmi 2 dəqiqəlik məkəmə prosesi keçirildi, torpaqşunaslıq və texniki ekspertiza təyin etməkdən yayınaraq, qorxmadan, çəkinmədən saxta yolla verilmiş ikinci sənədi qüvvədə saxladılar. Məhkəmələr dövlət adından qəbul etdikləri sifarişli qətnamələrlə xalqı, milləti Prezidentdən narazı salmağa çalışırlar. Amma inanırı ki, haqq və ədalət hər zaman qalib olduğundan, mənə qarşı edilən bu haqsızlıq da ört-basdır edilməyəcək.

Cənab Prezident!

Xahiş edirəm ki, əmlakımı saxta sənədlə ələ keçirən vəzifəli şəxslər haqqında müvafiq araşdırma aparılmasına göstəriş verib, mənə məxsus torpağın qaytarılmasına köməklik edəsiniz”.