Araşdırma

MADO-nun başına çəkilən DÖVLƏT SIĞALI - Nə vergi verirlər, nə də ki...

MADO-nun başına çəkilən DÖVLƏT SIĞALI - Nə vergi verirlər, nə də ki...


Fətullah Gülənin nəzarətində olan restoranlar şəbəkəsində vətəndaşlarımıza niyə yuxarıdan aşağı baxırlar..?
Arxamda Xoca Əfəndi(Fətullah Gülən) durub, FETÖ məni dəstəkləyir, mənə heç nə edə biməzsən... Təkrar-təkrar yazmağa məcburuq ki, Bakıda və regionlarda fəaliyyət göstərən türk şirkətləri, restoranları və s. barədə cəmiyyətə düzgün, dürüst bilgi, məlumat verilməlidir.
Belə ki, hamımız Ulu Öndərin “Bir millət, iki dövlət” şüarını qəbul edirik. Amma böyük qardaş hesab etsək belə Türkiyə Respublikasının Azərbaycanda çalışan şirkətləri, restoranları, bankları və s. özünü qardaş kimi aparmalı, ölkəmizin qanunlarına hörmət etməli, Azərbaycan vətəndaşlarına yuxarıdan aşağı baxmamalıdırlar.
Bu qədər sadə və bəsit. Türkiyədən gələn şirkətlər ölkəmizdə milyonlar qazanırlar, ancaq sonra məlum olur ki, kifayət qədər vergidən yayınırlar, hələ üstəlik Türkiyədən gətirdikləri ibtidai təhsili olan işçilərə 2-3 min dollar, bizim ali təhsilli fəhlələrə isə 700-800 manat maaş verirlər.
Sözün qısası, qardaşlıq-dostluq öz yerində, amma hər kəsin öz marağı, öz mənafeyi var. Azərbaycanın maraqlarını pozan obyektlərdən biri də MADO adı ilə tanınan məşhur şəbəkədir. Qısa məlumat üçün qeyd edək ki, MADO Restoranlar Şəbəkəsi Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir. Hal-hazırda 5 şöbəsi olan MADO ilk restoranını Bakının mərkəzində, "Mərdanov qardaşları" küçəsində açmışdır.
Bu gün Bakının ən prestiji yerlərində, Səbaildə, Nərimanovda, Yasamalda və digər yerlərdə MADO-nun restoranları, dondurma köşkləri fəaliyyət göstərir. Təsəvvür edirsiniz, Bakının ən gur yerlərini sanki MADO zəbt edib.
Onu da qeyd edək ki, bu şəbəkənin özünün saytı və MADO AZƏRBAYCAN - nın
https://www.facebook.com/madoaz fb səhifəsi var. MADO-nun fb səhifəsinə daxil olaraq öyrənirik ki, burada nə qədər aşpaza, satıcıya, ofisianta, fırınçıya, anbardara, xadiməyə və s. ehtiyac var. Görəsən, Əmək Müfəttişliyi deyə bilərmi ki, MADO-da nə qədər Azərbaycan vətəndaşı əmək müqaviləsi olmadan çalışır, yəni nə qədər DSMF-yə pul keçirilmir..?
Biz hələ bu qədər geniş şəbəkəyə malik şirkətin dövlət büdcəsinə ödədiyi vergiləri demirik...
Bizdə məlumatlar var ki, bu şəbəkə uzun illərdir ki, vergidən külli miqdarda yayınır.
Bu hələ harasıdır..? Media üzərindən araşdırma zamanı bəlli olur ki, MADO restoranlar şəbəkəsi türk düşməni Fətullah Gülənə, yəni FETÖ-yə məxsusdur. Hətta mediada “Mado”nun sabiq deputat, FETÖ-çü Ceyhun Osmanlıya aid olduğu da yazılıb.
Bütün bunlar azmış kimi MADO restoranlarında erməni musiqilərinin səsləndirilməsi lap rüsvayçılıqdır... Budur qardaşlıq...?
Təsəvvür edirsiniz, MADO-nun marketinq direktoru deyir ki, burada nə var ki, musiqidir dəə... Hələ bunlar harasıdır..? Fətullah Gülənin MADO-dakı nümayəndələri vətəndaşlara külli miqdarda pul atır və onları hədələyirlər...
Belə ki, MADO restoranlar şəbəkəsinin sahibi Ramiz Kazımov Özbəkistandakı Azərbaycan diaspora rəhbərlərindən Mobil Məmmədova 178 min dollar pul atıb. Mobil Məmmədov deyir ki, MADO-nun sahibi pulumu qaytarmaq əvəzinə məni Fətullah Gülənlə hədələyir....mənə deyir ki, arxamda Xoca Əfəndi(Fətullah Gülən) durub, FETO məni dəstəkləyir, mənə heç nə edə biməzsən...
İndi gördünüzmü, yazının girişində qeyd etdiklərimiz necə yerindədir... Bəli, qardaşlıq öz yerində, amma ölkəmizin qanunlarına hörmət etməlisiniz...
Gündəlik Bakı