`Səba Broyler` millətin QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?
Bu gün dünyada ən ciddi problemlərdən biri, bəlkə də birincisi QİDA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Təsəvvür edirsiniz, problem o dərəcədə ciddidir ki, hətta Prezident İlham Əliyev cənabları bu məsələ ilə bağlı ayrıca bir dövlət qurumu, Azərbaycan Qida Təhükəsiziyi Dövlət Agentliyi, hətta Qida Təhlükəsizliyi Elm-Tədqiqat İnstitutu yaradıb. İndi bildinizmi problem nə dərəcədə ciddidir. Yəni söhbət millətin genefondundan, gələcəyindən, sağlamlığından gedir.
Təsəvvür edirsiniz, bu gün bütün dünyada geni modifikasiya olunmuş ( GMO ) ərzaq və qida məhsulları ciddi problemə çevrilib, bir çox xəstəliklərin, o cümlədən xərçəngin səbəbi bu məhsullardır. Azərbaycan cəmiyyətinin mətbəxində əsas qidalardan biri, bəlkə də birincisi toyuq əti, toyuq məhsullarıdır. Ölkə mətbəxini bunsuz təsəvvür etmək olmur.
Son 15-20 ildə ölkəmizdə toyuq məhsulları yetişdirən broylerlərin sayı durmadan artır. Bunlardan biri də “Səba Broyler”dir.
Media üzərindən apardığımız araşdrıma zamanı bəlli oldu ki, “Səba Broyler” şirkətinin sahibi Namiq Quliyev müxtəlif rayonlarda vətəndaşlara məxsus torpaq sahəsini ələ keçirib taxıl əkdirir və torpaq sahiblərinin pulunu vermir.
Daha dəqiq desək, Namiq Quliyev "Qarabağ Taxıl" MMC-nin adı ilə vətəndaşlarla müqavilə bağlayıb onlara məxsus torpaq sahələrində taxıl əkir və sonda vətəndaşların pulunu vermir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, “Səba Broyler" şirkətinin sahibi Namiq Quliyev Bank Respublikanın prezidenti Natiq Quliyevin qardaşıdır. Və Namiq Quliyev başqa bir dostu ilə birgə Haramı düzündə 100 hektarlarla şərikli torpaq sahələri əkib-becərir. Bütün bunları qoyaq bir kənara, keçək əsas mövzuya. Yəni “Səba Broyler” millətimizə nə yedirdir..?
Mediada yayılan xəbərlərdə “Səba Broyler” toyuqlarından uzaq olmağı məsləhət bilirlər. Və məlum olur ki, “Səba Broyler” toyuqların yetişdirilməsində GMO məhsullarından, konkret olaraq GMO hibrid-qarğıdalıdan yem kimi istifadə edir. Toyuqlara qida kimi vermək üçün Argentinadan GMO tərkibli soya gətirilir. Başa düşmək lazımdır ki, yediyimiz hər hansı soya tərkibli ərzaqlar, hətta ət məhsulları belə genetik təsirlərə məruz qalır. Hətta mediada “Səba” Broyler”in yüz minlərlə xəstə toyuğu satışa çıxarması barədə də məlumatlar var.
Təsəvvür edirsiniz, bu nə deməkdir..? Tanınmış ekspert deyir ki, həmin GMO hibrid qarğıdalını siçovula verirsən yeyib ölür, insan yeyəndə xərçəng xəstəsi olur… Bax, “Səba Broyler” GMO qarğıdalıları toyuqlara yem kimi verir, üstəlik də Argentina soyası…
İndi özünüz düşünün ki, biz nə yeyirik..? Qısa məlumat üçün qeyd edək ki, “Səba” ticarət nişanı “Dəvəçi Broyler” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “Dəvəçi Broyler” ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazası əsasında yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir. "Səba Broyler" 2002-ci ildən Azərbaycan bazarına “Səba” ticarət nişanı adı altında bütöv toyuqlar və toyuq hissələrini satışa çıxarıb. Və bu şirkətin sahibi isə, sabiq baş bankir Elman Rüstəmov, daha dəqiq desək sənəd üzərindəki sahibi isə onun dostu “Bank Respublika”nın səhmdarı Quliyev Natiq Saday oğlu (16,66%) və qohumlarına məxsus olduğu deyilir: Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%) və s.
Bu gün "Səba Broyler" Azərbaycanda xəstəlik yayacaq dərəcədə yetişdirdiyi toyuqların qida təhlükəsizliyini təmin etməsə, gələcəkdə insan orqanizmində yaranan xəstəliklərin qarşısını almaq çətin olacaq. //gundelik-baku.com//