Araşdırma

Moskva Ticarət Mərkəzinin icarədarlarının şikayəti var

Moskva Ticarət  Mərkəzinin icarədarlarının şikayəti var



Sizə müraciət edənlər Moskva Ticarət Mərkəzinin (Moskva Univermağının Ticarətçiləri) Səhmdarları və demək olar ki, orada çalışan bütün işçilərdir. Bildirmək istəyirik ki, yəqin ki hamı da bilir ki, adı gedən Ticarət Müəssisəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1973-74-cü illərdə inkişafına başladılmış 1978-ci ildə isə özü tərəfindən açılışı edilib , Azərbaycan xalqının istifadəsinə verilmiş iri Ticarət Mərkəzinin olmaqla yanaşı həm də şəhərin Arxettur binalarından biridir. Ulu Öndərin inşa etdirib qoyub getdiyi həmin bina demək olar ki, əsər əlamət qalmayıb. Hələ 1978-ci ildən rəhbəri təyin etdiyi Elmira xanıım 2020-2021-ci ilədək işlədikdən sonra xəstələnib vəfat etdi. Onun vəfatından sonra da Univermağın qara günləri başladı. Həmin qadın o vaxtın tələblərinə uyğun sənətlərlə evlənərək bir qız, bir oğlan uşağını övladlığa götürür. Dünyasını dəyişməyə az qalmış uşağlığa götürdüyü həmin bacı qardaşları adına guya özəlləşmiş müəssissəni Vərəsə kimi onlara bağışlayır. Orada çalışan yaşlı işçilərin sözlərinə əsasən deyə bilərik ki, Müəssisənin özü belə qanunişərtlərlə özəlləşməyib deməli Vərəsəlik də qanuni deyil. Bütün bu deyilənlərə söykənərək demək olar ki, ona görə də Ulu Öndərin Moskva Mərkəzi Komitəsinin qərarı ilə inşa etdiri Bakının Arxitektura Tikililəri siyahısına salındığı Moskva Univermağından əsər əlamət belə qalmnayıb. Guya ki, Səhmdarların iclasının qərarı ilə oğul Vərəsəçi direktor , qız isə müavin seçilib. Təmamilə kənar bir şəxsdirsə hətta adını bilmədiyimiz müavin seçilib. O vaxtdan oğul direktor qqatıl vahabi olmaqla başına yığdığı özü kimiləri ilə istədiyi işləri görürlər. Onun nəticəsidir ki, Qurban bayramı ilə 1 may bayramları arasında Univermaqda genişləndirmə yəni Piştaxta və Mağazaların sayını artırmaq məqsədi ilə apardıqları ağıla sığmaz söküntü işləri zamanı gecə vaxtı Univermağın giriş hissəsi uçacaqmış və ağır bağlamalar uçaraq dağılıb xoşbəxtlikdən hadisə gecə baş verdiyindən bədbəxt hadisə olmayıb. Binanın fasad hissəsinə 8 mağaza yan hisəsinə isə 7 mağaza qanunsuz yamayaraq bütün binanın gözəlliyini pozmuşlar. Lakin bu qanunsuzluqlara mübarizəyə məsul Nazirlik və baş idarələr (FHN Bakı şəhəri İcra hakimiyyətinin Tikintiyə Nəzarət və Təhlükəsizlik İdarəsi, Şəhərsalma və Arxitektura Komitəsi qanunsuzluqların qarşısında həmişə əzmlə dayanan Respublika DTX və DİN-in müvafiq orqanları) əməlli başlı sədd çəkəcəklərinə inamızı itirməmişik.
Xahiş edirik bizim haqq səsimizi adiyyatı təşkilatlara çatdırasınız.


Moskva Ticarət Mərkəzinin
Bütün çox saylı İcarəçiləri adından





Moskva Ticarət  Mərkəzinin icarədarlarının şikayəti var
Moskva Ticarət  Mərkəzinin icarədarlarının şikayəti var