Araşdırma

Ölkəyə qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanıldı

Ölkəyə qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanıldı

Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər - Nigeriya vətəndaşı saxlanılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.