Bakıda 30 yaşlı qadını şantaj edib 100 manatını aldı
Bakıda şantaj edildiyini bildirən qadın polisə müraciət edib.
Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü A.Eyniyeva DİN-in “102” xidmətinə zəng edərək Nahid adlı şəxsin onun sosial şəbəkə səhifəsindən fotolarını ələ keçirdiyini bildirib. Şikayətçi həmin şəxsin görüntüləri yayacağı hədəsi ilə ondan kartına 100 manat ödəməsini bildirdiyini və məcburiyyət qarşısında həmin vəsaiti yüklədiyini əlavə edib.
Müraciətlə bağlı Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.