Dövlət əmlakının idarəetməyə verilməsindən daxilolmalar büdcə gəlirlərinə əlavə edilib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarına dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına dövlət əmlakının idarəetməyə verilməsindən daxilolmalar da daxil edilib.