Araşdırma

250 min manat mənimsəyən bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıbha

250 min manat mənimsəyən bələdiyyə sədri ilə bağlı cinayət işi başlanıbha Azərbaycanda sabiq bələdiyyə sədri 250 min manat mənimsəyib.
Bu barədə məlumat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.
Sənəddə qeyd edilir ki, Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sabiq sədri tərəfindən subvensiya layihəsinin icrası məqsədilə dövlət büdcəsindən ayrılmış 250 min manat vəsaitin mənimsənilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Bundan əlavə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.