Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü: Ölənlər var – VİDEO

Rusiyada hərbi təyyarə yaşayış evinin üzərinə düşdü: Ölənlər var – VİDEO


Rusiyada hərbi təyyarə qəzasının bəzi təfərrüatları məlum olub.

Hər iki pilotun öldüyü bildirilib. Həmçinin, təyyarənin düşdüyü binadan üç azyaşlı təxliyə olunub.

Qəza nəticəsində başlayan yanğının 100 kvadratmetr sahəni əhatə etdiyi qeyd olunub.

15:00

Rusiyada hərbi təyyarə yaşayış binası üzərinə düşüb.

Hadisə İrkutskun Novo-Lenino rayonunda yaşanıb.

İlkin məlumata görə, hərbi təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Ehtimal olunur ki, bu, təyyarə zavodundan havaya qalxan Su-30 qırıcısı olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.