Baş qərargah rəisinin olduğu helikopter qəzaya uğradı - VİDEO

Baş qərargah rəisinin olduğu helikopter qəzaya uğradı - VİDEO

Hindistan Hərbi Hava Qüvvələrinin Baş qərargah rəisi Bipin Ravatın olduğu helikoper Tamiland ştatında qəzaya uğrayıb.

Publika.az ANİ agentliyinə istinadən bildirir ki, helikopterdə onun ailə üzvləri və köməkçiləri olub. 4 nəfərin həlak olduğu bildirilir. Helikopterdə 14 nəfərin olması güman edilir.

Hindistan hərbi Hava Qüvvəlinin yaydığı məlumata görə, qəza Kunqur şəhərində baş verib. “Bortunda Baş qərargah rəisinin olduğu Mİ-17B-5 helikoperi qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır”.