Səfir: “Amulinin çıxışı üçüncü tərəfə ismarıc idi” - VİDEO

Video
25 Eyl 2021
17:17
Səfir: “Amulinin çıxışı üçüncü tərəfə ismarıc idi” - VİDEO


“Amulinin məlum çıxışına baxmaq lazımdır, görək, konteksində nə dayanır”.

Bu sözləri Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, bu çıxışın səbəbləri olmalıdır:

“İstərdim bildirim ki, bu, üçüncü tərəfə ismarıc idi. Rəsmi görüşlərdə də İranın rəsmi mövqeyini ifadə etmişəm. Xüsusilə də hörmətli Hikmət Hacıyevlə olan görüşdə hökumət olaraq rəsmi dövlət mövqeyimizi ona bildirdim. İranın yeni hökuməti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır”.