Xalq artisti Səməd Səmədov vəfat edib

Şou-biznes
25 Tem 2021
12:48
Xalq artisti Səməd Səmədov vəfat edib


Azərbaycanın xalq artisti Səməd Səmədov vəfat edib.

Bu barədə APA-ya müğənni Tural Qismət məlumat verib.

Qeyd edək ki, S. Səmədov bu gün koronavirusdan dünyasını dəyişib.

Tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.

1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.

2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.