"Məmur fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq" - Deputat

Siyasət
15 Ekm 2021
09:28
"Məmur fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq" - Deputat

"Vəzifəyə gəldikdən sonra bir nəfəri işdən çıxarmaq belə rahat olmamalıdır".

Unikal.org xəbər verir ki, bunu "Müsavat TV"nin efirinə deputat Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanda yeni nazir təyinatı olduqda həmin qurumda çalışan hər kəsin ərizəsi alınır:

"Elə bil ki, bir padişah gəlir, deyir ki, mən hamınızı ölüm hökmünə məhkum edirəm. Kefimin yaxşı vaxtında sizi bağışlayacağam. Məmur varisliyini qoruya bilməmişik. Azərbaycanda yüzlərlə savadlı, ağıllı məmur təşviş içində fikirləşir ki, nazir dəyişsə, gəlib öz adamını qoyacaq, məni də atacaq çölə. Halbuki onun da təcrübəsi, dövlət qarşısında xidməti var".