Azərbaycanda daha bir şirkət “PMD Group”a qoşulur

Siyasət
12 Ekm 2021
12:06
Azərbaycanda daha bir şirkət “PMD Group”a qoşulur

“Foton Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə qoşulur.

Banker.az-a xəbər verir ki, “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Foton Əmlak” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

“PMD Group” isə “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur.

Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.