Mustafa Şəntop Bakıda sənəd imzalanacaq

Siyasət
26 Tem 2021
08:58
Mustafa Şəntop Bakıda sənəd imzalanacaq


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop sabah Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, TBMM sədri Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
İyulun 27-də keçiriləcək görüş zamanı Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

Mustafa Şəntopun Şuşa və Füzuli şəhərlərinə səfəri də baş tutacaq.