Ana səhifə   |    Haqqımızda   |    Reklam

Filfillidə bələdiyyə sədrinin FİLFİLOSU... - MÜRACİƏT

Hadisə
20 May 2022
08:35
Filfillidə bələdiyyə sədrinin FİLFİLOSU... - MÜRACİƏT


Oğuz rayon Filfilli kəndində qeydiyyatda olan və yaşayan Ağayev İlkin Yamən oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Məlumat üçün bildirmək istəyirəm ki, 2021-ci ilin sentyabr ayınadək Oğuz rayonun Filfilli kənd ərazisində yerləşən “qala dağı” adlanan ərazidən 300-ə qədər müxtəlif diametrli fıstıq və fələs ağcları qanunsuz olaraq kəsilərək daşınmışdır. Biz, yerli bələdiyyə tərəfindən belə qanunsuz ağac kəsintilərinin qarşısının alınması və həmin ərazinin bələdiyyənin balansında olub olmaması barədə sorğumuzu yuxarı direktiv orqanlara rəsmi məlumatlar vermişik. Lakin təəssüflər olsun ki, rəsmi müraciətlərin indiyədək nəticəsi olmamışdır. Yalnız ETSN Qəbələ Regional Meşə Təsəsrrüfatı Mərkəzi tərəfindən bu yaxınlarda sözügedən əraziyə yerində baxış keçirilmədən bildirmişlər ki, “Qala dağı” adlanan yer dövlət meşə fonduna aid deyildir. Lakin 2020-ci ildə həmin ərazidə kəsilən qanunsuz ağaclar müsadirə olunaraq ZİL 131 markalı yük avtomobili ilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinə daşınmışdır. Mərkəzin rəhbəri cənab Alim Əlizadə yerli bələdiyyəyə bildirmişdir ki, “kəsilən ağaclar meşə fonduna aid olduğu üçün onları idarənin ərazisinə aparırıq”.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2020-ci ilin əvvəlində rəsmi müraciətlər etdik ki, əgər sözügedən ərazi ( “qala dağı”) yerli bələdiyyənin fonduna aid olub olmaması araşdırlsın və lazım olarsa təhvil-təslim aktı tərtib edilsin. Lakin rəsmi müraciətimizə aidiyyatı orqanlar tərəfindən heç bir cavab verilmədi. Hələ, 2018-ci ildə ETSN nazir müavini ( meşə təsərrüfatı üzrə) cənab Firdövsi Əliyev qonşu Sincan kəndində səyyar görüş keçirən zaman biz sakinlər ərizə ilə müraciət etdik ki, bələdiyyə mülkiyyəti adı altında “qala dağı” adlanan ərazidəki meşələri qırıb satırlar, tədbir görülsün. Amma hələ də cavab verilməyib. Lakin o da məlum oldu ki, yerli meşə fondunun işçisi olan Seyidəliyev Bakıxan bu ərazidə kəsilən ağacları damqalayıbdır. ( ona məxsus möhürlər aşkarlandı) Və bundan sonra yerli hüquq –mühafizə orqanları tərəfindən rəy verildi ki, həmin ərazi dövlət meşə fondu ərazisidir.Lakin ağac kəsənlər tapılmadı. Lakin yerli əhalinin də əksəriyyəti çox yaxşı bilir ki, 2020-ci ilə qədər kütləvi ağac kəsintilərini bu ərazidə yerli bələdiyyə həyata keçirmişdir. Yəni, konkret olaraq yerli bələdiyyə sədri Akif Nəsirovun, qardaşı Yaqub Nəsirovun və havadarlarının köməkliyilə bu qanunsuz ağac kəsintiləri baş vermişdir. Xatırladaq ki, Filfilli kənd bələdiyyəsinin binası 2020-ci ilin yanvarın 17-dən 18-nə keçən gecə səhərə yaxın kənar müdaxilə ilə yandırılmışdır. Çünki həmin gün yeni seçilmiş bələdiyyə üzvlərinin yığıncağı olmuş və yeni sədr seçilmişdir. Bələdiyyə binası təbii qaz və elektriklə təchiz olunmamışdır. Müəmmalı yanğın zamanı prezidentlərin fotoportretləri, dövlət rəmzləri, möhür və bütün arxiv materialları məhv edilmişdir. FHN-nin Yanğından Mühafizə Bölüyünün verdiyi rəyə əsasən yanğın kənar müdaxilə nəticəsində baş vermişdir. İnzibati binanın tamamilə yanmsına baxmayaraq dəymiş ziyanın miqdarı qəsdən az göstərildiyinə görə cinayət işi başlanmamışdır. Lakin sənədləri araşdırdıqda məlum olur ki, 50 ha ğrüş sahəsi qanunsuz olaraq kənar fiziki şəxslərə satılmışdır. Həmin dövrdə bələdiyyənin gəlirləri kifayət qədər çox olsa da, DSMF-yə külli-miqdarda . yəni 30000 manat borcu yaranmışdır. Təkcə 2019-cu ilin 4-cü rübündə bələdiyyənin 15000 manat xalis gəlir əldə etmişdir. Hazırd da yerli sakinlərdən bəzilərinin pay torpaqlarını da başqa şəxslərə 2020-ci ilədək bələdiyyə torpağ kimi satıldığına görə yerli polis şikayətləri araşdırır. O da məlum olmuşdur ki, 2015-2019-cu illər ərzində bələdiyyə tərəfindən tərtib olunmuş silinmə aktlarında qeyd edilən imzaların saxta olduğu üzə çımış və heç biri öz təsdiqini tapmamışdır. Yəni, 2015-2019-cu illər ərzində keçmiş bələdiyyə sədri tərəfindən törədilən qanusuz sənədlərin arxivdəcə məhv edilməsi( cinayətlərin yeni bələdiyyə tərəfindən üzə çıxmaması üçün) yalnız Akif Nəsirovun işinə yaraya bilərdi Və ona görə də bələdiyyə binasının qəsdən yandırılmasına əsaslı şübhələr hazırda gəldiyimiz sənəd saxtakarlığından qaynaqlana bilərdi. Hesab edirik ki, yanğın cinayətinin motivini araşdırmaq hüquq-mühafizə orqanları üçün o qədər də çətin olmaya bilər. Sabiq bələdiyyə sdəri Akif Nəsirov indi də vaxtilə “qala dağı” adlanan ərazidəki kəsdirib satdığı fıstıq və fələs ağaclarına görə bu il ATSN əməkdaşları ilə gizli sövdələşməsi nəticəsində indiki bələdiyyə heyətinə 160000 manat cərimə protokolu tərtib etdirmişdir ki, yenidən bələdiyyə sədri olaraq yerdə qalan qanunsuz hərəkətlərini davam etdirsin. Və məsələ hazırda Oğuz rayon prokurorluğunda araşdırmamdadır. Biz də bələdiyyə olaraq istər həmin ərazinin təhvil-təslimilə. Istərsə də həmin ərazinin hansı quruma aid olub olmaması barədə yazılı müraciətlərimizi yerli prokurorluğa təqdim etmişik. Budur. Hər gün kənd sakinləri onlara qarşı əvvəlki bələdiyyə sədrinin törətdiyi qanunpozuntularıilə bağlı müraciətlər edirlər. Bilmirik nə edək?

Odur ki, cənab Prezidentdən və baş prokuror cənab Kamran Əliyevdən xahişimiz budur ki, 2015-2022-ci illərdə Oğuz rayonun Filfilli kənd bələdiyyəsinin fəaliyyətinin və bizə qarşı tərtib edilən cərimə aktlarının nə dərəcədə reallığa uyğun olub olmamasını hərtərəfli və obyektiv araşdırılmasına, və hüquqi qiymət verilməsi üçün müraciətimizi şəxsi nəzarətinizə götürəsiniz. Əvvəlcədən təşəkkürlər".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqıadırmağa hazırıq,..