Yunanıstanda neft şirkətinin qarşısında partlayıçı qurğu işə salınıb

İqtisadiyyat
25 Tem 2021
12:42
Yunanıstanda neft şirkətinin qarşısında partlayıçı qurğu işə salınıb


Afinada Yunanıstanın “REVOIL” neftemalı şirkətinin ofisi önündə partlayış baş verib.

“Sputnik Yunanıstan” xəbər verir ki, partlayış nəticəsində bir nəfər yaralanıb.

Polisin ilkin məlumatına görə, neftemalı şirkətinin ofisi qarşısında dinamit partladılıb.

Hələlik heç kəs partlayışa görə məsuliyyəti üzərinə götürməyib.