Roberto Bordin "Keşlə"nin qapıçısını milliyə çağırdı

İdman
9 Mrt 2021
22:06
Roberto Bordin "Keşlə"nin qapıçısını milliyə çağırdı


Futbol üzrə Moldova millisinin DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün heyəti açıqlanıb.

Korrupsiya.com yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın yeni baş məşqçisi Roberto Bordin 38 futbolçuya dəvət göndərib.

Onların arasında "Keşlə" komandasının qapıçısı Stanislav Namaşkonun da adı var. İtaliya mütəxəssis Bakı klubunun digər moldovalı oyunçusu Yevgeni Koçuku isə millidən kənarda qoyub.

Qeyd edək ki, martın 20-da toplaşacaq Moldova yığması 5 gün sonra evdə Farer adaları ilə qarşılaşacaq. Martın 28-də Danimarkanın qonağı olacaq moldovalılar 3 gün sonra İsraili qəbul edəcək.

Roberto Bordin 2018 - 2020-ci illərdə "Neftçi"yə başçılıq edib.