Millimiz Lüksemburqa qarşı

İdman
11 Kas 2021
12:22
Millimiz Lüksemburqa qarşı

Bu gün futbol Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son matçına çıxacaq.

A qrupunda yer alan Canni de Byazinin komandası son görüşünü Lüksemburq yığmasına qarşı keçirəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma millimiz üçün formal xarakter daşıyacaq.

Belə ki, keçirdiyi 7 oyundan sonra cəmi bir xal qazanan yığmamızın qrup sonuncusu olacağı rəsmiləşib. Lüksemburq isə 6 oyundan sonra 6 xalla qrup üçüncüsüdür.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur

11 noyabr
21:00. Azərbaycan – Lüksemburq
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Bakı Olimpiya Stadionu