Ana səhifə   |    Haqqımızda   |    Reklam

Qobustanda maşın aşdı, sürücü öldü

Hadisə
24 Nis 2023
07:49
Qobustanda maşın aşdı, sürücü öldü

Qobustanda avtomobil çökəkliyə aşıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu Cəngi qəsəbəsindən keçən 61.1-ci kilometrində 1978-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhər sakini Həsənov Fərman Mənaf oğlunun idarə etdiyi "Mercedes Benz 240" markalı avtomobil rayon istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq çökəkliyə aşıb.


Nəticədə sürücü F.Həsənov aldığı xəsarətlərdən ölüb.