Hemilton öz bolidi ilə mexaniki vurub

İdman
25 Eyl 2021
11:01
Hemilton öz bolidi ilə mexaniki vurub


Formula 1 yarışlarının liderlərindən olan “Mersedes” komandasının pilotu, yeddiqat dünya çempionu Lüis Hemilton qəza törədib.

Müvafiq görüntüləri Formula 1-in rəsmi saytı yayıb.

İnsident Soçi Qran Prisinin bu gün keçirilən ikinci sərbəst yürüşləri zamanı baş verib.

Pitstopa daxil olan pilot bolidini vaxtında saxlaya bilməyib. Nəticədə avtomobil onun qarşısında dayanan mexanikə çırpılıb. Zərbənin gücündən yerə yığılan “Mersedes” əməkdaşı tez bir zamanda özünün toparlayaraq ayağa qalxıb. Onun heç bir xəsarət almadığı bildirilib.