Gürcüstanda gənc futbolçu koronavirusdan vəfat etdi

İdman
12 Eyl 2021
14:38
Gürcüstanda gənc futbolçu koronavirusdan vəfat etdi


Gürcüstanda gənc futbolçu Vaxtanq Çarkviani koronavirusdan vəfat edib.

20 yaşlı gənc 12 gün əvvəl Tbilisidə Respublika Xəstəxanasına yerləşdirilmişdi.

O, koronavirusun ağciyərlərində yaratdığı fəsadlardan dünyasını dəyişib

Vaxtanq Çarkviani “Dinamo” futbol klubu akademiyasının məzunu idi. O, “Vit Corciya”nın ikinci komandasının oyunçusu olub.

Mənbə: “Imedi”