Skeytbordinq üzrə ilk Olimpiya çempionu yaponiyalı idmançı oldu

İdman
26 Tem 2021
08:58
Skeytbordinq üzrə ilk Olimpiya çempionu yaponiyalı idmançı oldu


Yaponiyalı Yuto Horiqome Olimpiya Oyunları tarixində bir ilkə imza atıb.

TASS xəbər verir ki, o, turnirin tarixi ərzində skeytbordinq üzrə ilk Olimpiya çempionu adını qazanıb.
Horiqome skeytbordinqin “Street” (küçə) yarışlarında qalib gəlib. Bu növdə gümüş medala braziliyalı Kelvin Hofer, bürüncə isə amerikalı Caqqer İtan yiyələnib.

Mükafatçılara medalları şüvüllə tullanma üzrə ikiqat Olimpiya çempionu, rusiyalı Yelena İsinbayeva təqdim edib.