Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı

İdman
25 Tem 2021
12:48
Azərbaycanın səkkiz idmançı Olimpiadanın ilk günündə yarışla vidalaşdı


Tokio-2020 Yay Olimpiya Oyunlarında səkkizinci idmançımız turnirlə erkən vidalaşıb.

Korrupsiya.com xəbər verir ki, idman gimnastımız İvan Tixonov bu gün mübarizəyə qoşulub
25 yaşlı Rusiya əsilli idmançı fərdi çoxnövçülükdə çıxış edib. Dayaqla tullanmada (13.600), paralel qollarda (12.766), turnikdə hərəkətlərdə (13.133), sərbəst hərəkətlərdə (13.233), dəstəli at üzərində (13.366) və halqalarda (14.200) qüvvəsini sınayan Tixonov ümumilikdə 80.298 xal toplayaraq, 66 idmançı arasında 45-ci yeri tutub.

Bu nəticə İvan Tixonovun final mərhələsindən kənarda qalmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl cüdoçularımız Kəramət Hüseynov, Aişə Qurbanlı, üzgüçülər Maksim Şemberev, Məryəm Şeyxəlizadəxangah, boksçularımız Tayfur Əliyev, Lorenso Sotomayor və velosipedçimiz Elçin Əsədov bu gün nəticə qazanmayaraq, turnirlə vidalaşıb.