Olimpiada: Stend atıcımız ilk günü 24-cü sırada bitirdi

İdman
25 Tem 2021
12:42
Olimpiada: Stend atıcımız ilk günü 24-cü sırada bitirdi


Azərbaycanın stend atıcısı Emin Cəfərov Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk çıxışlarını yekunlaşdırıb.
“Report”un məlumatına görə, idmançı 3 raundun nəticəsinə əsasən 71 xalla 24-cü pillədə qərarlaşıb.

Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.