“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı

İdman
21 Tem 2021
16:10
“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı



15112
3423
Audio
“Neftçi”nin növbəti, “Qalatasaray”ın ilk sınağı
Bu gün “Neftçi” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Korrupsiya.com xəbər verir ki, rəqib Yunanıstanın “Olimpiakos” klubudur.

Bakı vaxtı ilə 23:00-da başlanacaq qarşılaşma Pirey şəhərinin “Georgios Karaiskakis” stadionunda keçiriləcək.

Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, “ağ-qaralar” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Gürcüstanın “Dinamo” klubunu hər iki oyunda eyni hesabla məğlub etməyi bacarıb: 2-1.

Bundan başqa, bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin daha altı qarşılaşması baş tutacaq.

Həmin qarşılaşmaları təqdim edirik:

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

18:00. “Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)

21:00. “Malmö” (İsveç) - HİK (Helsinki, Finlandiya)

22:00. “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)

22:30. “Slovan” (Slovakiya) - “Yanq Boyz” (İsveçrə)

23:00. PSV (Niderland) – “Qalatasaray” (Türkiyə)

23:00. “Olimpiakos” (Yunanıstan) - “Neftçi” (Azərbaycan)

23:00. “Legiya” (Polşa) - “Flora” (Estoniya)

Xatırladaq ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk altı qarşılaşması dünən keçirilib:

“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) - 0:1

“Linkoln” (Cəbəllütariq) - ÇFR (Rumıniya) - 1:2

“Ferentsvaroş” (Macarıstan) – “Jalgiris” (Litva) - 2:0

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr) - 2:0

“Rapid” (Vyana, Avstriya) – “Sparta” (Praqa, Çexiya) - 2:1

“Seltik” (Şotlandiya) – “Midtülland” (Danimarka) - 1:1

Samir İsayev