“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

İdman
21 Tem 2021
16:09
“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır


Bu gün “Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.

Korrupsiya.com xəbər verir ki, rəqib Serbiyanın “Çukariçki” klubudur.

Bakı vaxtı ilə 22:00-da başlayacaq qarşılaşma Belqrad şəhərinin “Çukariçki” stadionunda baş tutacaq.

Oyunun baş hakimi isveçrəli Fedayi Sandır.

Qeyd edək ki, “Sumqayıt” tarixində ikinci dəfə avrokubok qarşılaşmasına çıxacaq. Təmsilçimiz ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunda 0:2 hesabı ilə uduzmuşdu. Koronavirus pandemiyası səbəbindən mərhələ bir qarşılaşmadan ibarət olmuşdu.