Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı

Hadisə
22 Ock 2021
16:27
Ramiz Mehdiyev daha bir akademiki işdən çıxardı


AMEA-nın prezidenti Ramiz Mehdiyev akademik Yaqub Mahmudovu vəzifəsindən azad etdi.

Korrupsiya.com Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə social mediada məlumat yayılıb.

Qeyd olunub ki, akademik Ramiz Mehdiyev AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudovu tutduğu vəzifədən azad edib.

Sosial şəbəkədə yayılan bu məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat xidməti və akademik Y.Mahmudovla dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.