Ana səhifə   |    Haqqımızda   |    Reklam

Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü

Hadisə
22 May 2023
07:48
Azərbaycanda dəhşətli qəza: Beş nəfər öldü

Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı KIA markalı avtomobil aşıb.

Qəza nəticəsində iki qadın, iki kişi və bir uşaq həlak olublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində biri azyaşlı olmaqla beş nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.