Azərbaycanda şirkət rəhbəri HƏBS EDİLDİ

Hadisə
15 Ekm 2021
09:28
Azərbaycanda şirkət rəhbəri HƏBS EDİLDİ

"Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

Xeberler.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Rüstəmli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna "Riyad” Ticarət Mərkəzi, "Riyad” Mühafizə xidməti, "Azinteroil” MMC və digər şirkətlər daxildir.