Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Hadisə
25 Eyl 2021
11:03
Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtobusun toqquşması nəticəsində1985-ci il təvəllüdlü Yolçuyeva Rəqimə Sahib qızı və 1993-cü il təvəllüdlü Şirinova Səriyyə Qulam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı R.Yolçuyevaya qarının küt travması və qapalı kəllə-beyin travması, S.Şirinova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qeyd olunub ki, R. Yolçuyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.