İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı

Hadisə
11 Eyl 2021
13:30
İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı


Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib.

Məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib.

Polis itkin düşən məktəblinin sosial şəbəkələrdəki hesabını araşdırıb. Məlum olub ki, o, 33 yaşlı Sankt-Peterburq sakini ilə bir müddət yazışıb, mesajlar arasında ədəbsiz cümlələr də olub.

Polis dərhal həmin kişinin ünvanına yollanıb. İtkin düşən qız onun mənzilində tapılıb.