Kürdəmirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var

Hadisə
25 Tem 2021
12:42
Kürdəmirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var


Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Land Rower” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 58 yaşlı Şükürov Elman Qüdrət oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin Ucar sakini 29 yaşlı Səfərəliyev Ələkbər Rafiq oğlu isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.