DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT

Gündəm
16 Ekm 2021
11:34
DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədri, deputat Səttar Möhbalıyev özünü kral hesab edir. TİA. Az bildirir ki, onun kreslosunu görəndə belə qənaətə gəlmək olur. Deputat elə bir dəbdəbəli, şahlara, fironlara aid kresloya sahiblənib ki, təvazökarlıqdan çox uzaqdır. Amma deyəsən iki məsələni unudub: bir – ölkə başçısı İlham Əliyev ASAN könüllüləri ilə görüşdə onun üçün nəzərdə tutulmuş kreslonun adi stulla əvəz edilməsini tələb etmişdi. Deyəsən Prezidentin bu davranışı bəzi məmurlar üçün dərs olmayıb, iki – qudası, prezidentin keçmiş köməkçisi Əli Həsənovun kreslodan sonra aqibəti yadına düşmür. Möhbalıyev onun ucbatından rəhbəri olduğu qurumun qarşısında özünü yandıran qazini də xatırlamalıdır və bilməlidir ki, indi ona belə kreslo yaraşırmı… Hələ konfederasiyada yuyulan pulları, silinən büdcəni, putyovka biznesini, deputatın obyektlərini demirik, heç olmasa sadəlikdə nümunə götürsünlər.
DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT
DEPUTAT ÖZÜNÜ FİRON SAYIR - FOTOFAKT