“Xameneyinin fətvası Xameneyinin silahlarına qalib gəlib!” - Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA

Gündəm
25 Tem 2021
12:46
“Xameneyinin fətvası Xameneyinin silahlarına qalib gəlib!” - Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

Korrupsiya.com-un məlumatına əsasən, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:

“Xameneyi (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”, - deyə Küçükyılmaz əlavə edib.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

O bildirib ki, Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı.